Hadisə

Amerika polisi şübhəli qadını döyərək qandalladı

Restoranlardan birində baş vermiş hadisəni müştərilərdən biri telefonla çəkib

· Xəbərçi
Amerika polisi şübhəli qadını döyərək qandalladı
Amerikanın Atlanta şəhərində polislərin bir qadını qandallamaq cəhdi qalmaqala səbəb olub. Qeyd edək ki, daha əvvəl qadınlar yaxınlaşan polislərə fiziki güc tətbiq etməmələri üçün xəbərdarlıq edirlər. Xəbərdarlığa məhəl qoymadan işinə davam edən polisə qadınlardan biri şillə vurur. Zərbəyə məruz qalan polis isə qadını yumruqlamağa başlayır. Daha sonra başqa bir polisin də müdaxiləsi ilə iki polis qadını döyərək qandallayırlar. Restoranlardan birində baş vermiş hadisəni isə müştərilərdən biri telefonla çəkərək sosial şəbəkə saytlarına yerləşdirib.


Şərhlər