Amerika əsgəri 3 əfqanı öldürdüyünə görə 24 il həbs cəzası alıb. Hərbi tribunal 22 yaşlı Ceremi Morloku Əfqanıstanda 3 nəfərin qətlində iştirak etdiyinə görə azadlıqdan məhrum edib. Vaşinqtonda Lyüis-Makkord hərbi bazasında aparılan məhkəmə prosesində Ceremi Morlok qətli törətməkdə, ölümlə nəticələnən pusqu qurmaqda və qeyri-qanuni narkotik vasitələrdən istifadəyə görə özünü günahkar sayıb.
Ceremi Morlok Əfqanıstan müharibəsində törədilmiş hərbi cinayətlərdə əsas simalardan biridir. Morloka verilmiş hökm Əfqanıstanın Qəndahar əyalətində 3 əfqanın öldürülməsi ilə bağlı ilk məhkəmə işi olub. Həmin işlə bağlı ABŞ-ın Əfqanıstandakı ikinci piyada diviziyasının daha 4 hərbçisi də məhkəməyə sövq edilib. İstintaq qətllərin 2010-cu ilin yanvar-may aylarında törədildiyini üzə çıxarıb. Amerika hərbçiləri maraq xatirinə dinc sakinləri öldürməkdə, meyidlərlə şəkil çəkdirməkdə, hətta onların sümüklərini suvenir kimi saxlamaqda ittiham olunurlar.
Amerika əsgəri 24 il həbs cəzası alıb
Əsgərin 3 əfqanı öldürdüyü sübuta yetirilib




Şərhlər