AMEA-nın əməkdaşı özünü 5-ci mərtəbədən atıb
29 May 2009 Cümə 15:45
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı özünü 5-ci mərtəbədən ataraq intihar edib. Bu barədə APA-ya Yasamal rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, hadisə bu gün səhər saatlarında rayonun H. Cavid prospekti, ev 18/17, mənzil 40-da baş verib. Sözügedən ünvanda yaşayan, 1961-ci il təvəllüdlü Məlahət Köçəri qızı Allahverdiyeva özünü yaşadığı evin eyvanından atıb. M. Allahverdiyeva yerindəcə keçinib. Mərhumun özünə qəsd etməsinin səbəbləri barədə ətraflı məlumat verilməsə də, onun əsəb xəstəliyindən əziyyət çəkdiyi bildirib. Məlumatda, həmçinin, M. Allahverdiyevanın Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) laborant işlədiyi qeyd olunur.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar