AMAY Ticarət Mərkəzindən oğurluq olub
14 Noyabr 2011 Bazar Ertəsi 13:41
AMAY Ticarət mərkəzindən printer, monitor və sairə oğurlanıb.
Nobel prospektində yerləşən "AMAY" ticarət mərkəzində oğurluq olub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Bakı şəhər sakini Fərman Ağayevə məxsus mağazadan açarseçmə yolu ilə 2 ədəd printer, 3 ədəd monitor, 2 ədəd prosessor, texniki avadanlıq və soba oğurlanıb. Xətai Rayon Polsi İdarəsi 37-ci polis nölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini yaxalanıb. Bu, Əhməd Əhmədzadədir.
DOSTLARINLA PAYLAŞ: