Altı yol polisi korrupsiya ilə bağlı işdən qovulub
16 May 2011 Bazar Ertəsi 15:55
Onlar polis adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə xidmətdən xaric olunublar
Baş Dövlət Yol Polis İdarəsi rəhbərliyinin əmrləri ilə Yol Patrul Xidmətinin 6 əməkdaşı işdən xaric olunub. Bu barədə məlumat DYP-nin rəsmi saytında yer alıb.

Məlumata görə, onlar Baş DYP İdarəsi rəhbərliyinin müvafiq əmrləri ilə yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə xidmətdən xaric olunublar.

Xidməti vəzifələrinin icrasında nöqsanlara yol vermiş 5 əməkdaş isə intizam məsuliyyətinə cəlb edilib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar