Almaniyada təhlükəli xəstəlik yayılır
25 May 2011 Çərşənbə 05:32
Artıq 130 nəfər bu xəstəliyə yoluxub və 1 nəfər ölüb
Almaniyanın şimalında təhlükəli bağırsaq infeksiyası yayılıb. Əksəriyyəti orta yaşlı qadınlar olan 130 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 40-nın vəziyyətinin ağır olduğu, 2 nəfərin isə süni tənəffüs aparatına qoşulduğu bildirilir. Bir nəfər isə artıq dünyasını dəyişib. Həkimlər xəstəliyin olduqca qeyri-adi sürətlə yayıldığını qeyd edirlər. Bu təhlükəli bakteriya insan orqanizminə əsasən ona yoluxmuş məhsullar, xüsusən də çiy və ya tam bişirilməmiş məhsullar və ya çiy südlə daxil olur. Əlamətləri isə qanlı ishal, hərarət və öyümədir. Bu bakteriyaya yoluxan insanlar 10 gün ərzində sağalır. Ancaq xəstələrin bəzilərində, xüsusən də uşaqlarda həyat üçün təhlükəli ağır formaya da çevrilə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar