Allan Makniş qəzaya uğrayıb
14 İyun 2011 Çərşənbə Axşamı 04:10
Qəza nəticəsində xəsarət alan olmayıb
"Lə Manın 24 saatı" yarışının startından bir saat keçməmiş Alan Makniş ciddi qəzaya uğrayıb. Antoni Beltuazın idarə etdiyi Ferrari 458-i Dunlop Bridge döngəsində keçməyə cəhd edən Alan rəqibin maşınına toxunub. Audi R18 TDİ çınqıllı təhlükəsizlik zonasını keçib və havaya qalxıb, sonra qoruyucu baryerlərə çırpılıb.

Xoşbəxtlikdən, baryerlərin arxasındakı marşallar və fotoqraflar zədə almayıblar, sürücü maşını özü tərk etsə də, müayinə üçün tibbi mərkəzinə göndərilib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar