Ailələr arasında başlayan insidentdə 5 nəfər öldü
04 Aprel 2011 Bazar Ertəsi 00:05
Ərazi münaqişəsi zəminində başlayan atışmada daha 8 nəfər yaralanıb
Türkiyə Şanlıurfa vilayəti Siverek rayonunda 2 ailə arasında başlayan silahlı insident nəticəsində 5 nəfər ölüb. ANS PRESS “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 19.39-da (Bakı vaxtıyla 21.39) rayonun Çepni kəndində ərazi münaqişəsi zəminində baş verib. Bucak və Acemoğlu ailələri arasında baş vermiş insident nəticəsində 8 nəfər də müxtəlif dərəcəli bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb. Qeyd edək ki, tərəflərin atışmada “Kalaşnikov” silahlardan istifadə etdiyi bildirilir.

Hal-hazırda kənddə gərginlik davam edir və növbəti bir insidentin baş verməməsi üçün polis və jandarm birlikləri təhlükəsizlik tədbirlərini çoxaldıb. Bundan başqa yaralıların yerləşdirildiyi xəstəxanalarda da təhlükəsizlik tədbirləri gücləndirlib.

Hüquq-mühafizə orqanları faktla bağlı istintaq başladıb və araşdırmalar davam edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar