Hadisə

Ağsuda körpü uçub

Ağsuda körpü uçub. Rayonun 5 kəndlə əlaqəsi kəsilib, sahil-mühafizə bəndləri dağılıb.

· Xəbərçi
Ağsuda körpü uçub
Son günlər Ağsu rayonuna yağan güclü leysan və dağlardan gələn sel suları kəndlərdə ciddi fəsadlara səbəb olub. Rayon Fövqəladə Hallar Komissiyasından (FHK) Şirvan bürosuna verilən məlumata görə, ötən gün axşam saatlarında sel suları Ağsu çayının Kalva kəndindən keçən hissəsindəki avtomobil körpüsünü dağıdaraq rayon mərkəzi ilə Kalva, Dilman, Xatman, Suraxanı, Hacıman kəndinin əlaqəsini kəsib.

Uzunluğu 120 metr olan 6 aşırımlı körpü yararsız hala düşüb. Dağlardan gələn sel suları Ağsunun Ləngəbüd kəndində 400 hektar taxıl sahəsini basıb, evlərə, yardımçı tikililərə ziyan dəyib. Ağsuçay və Girdiman çayında suyun səviyyəsi qalxıb. Sel suları Ağsu çayındakı 150 metr sahil mühafizə bəndini dağıdıb.

Hazırda körpünün uçduğu ərazidə nəqliyyatın hərəkəti bərpa edilməyib. Körpünün hər iki tərəfində kənd sakinlərinə məxsus 100-ə yaxın minik avtomobili dayanıb körpünün bərpasını gözləyirlər. ANSPRESS

Şərhlər