Hadisə

Ağsuda ailə faciəsi

Qardaş kiçik qardaşını güllələdi

· Xəbərçi
Ağsuda ailə faciəsi
Ağsu rayonunda ailə faciəsi baş verib. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, Padarqışlaq kənd sakini 21 yaşlı Radim Bəkirov kustar üsulla hazırlanmış, lüləsi kəsik ov tüfəngi ilə özündən bir yaş kiçik qardaşı Rahibi güllələyib. Rahib aldığı xəsarətlərdən ölüb.

Hadisəyə ilkin səbəb kimi ov tüfəngi ilə ehtiyatsız davranma göstərilsə də, hadisənin necə baş verməsi araşdırılır. Hazırda Ağsu rayon Prokurorluğunun müstəntiqi Teymur Əsədov hadisə yerində dindirmə aparır.

Şərhlər