Hadisə

Ağstafada mebel salonunda partlayış

Hadisə qaz sızması nəticəsində baş verib

· Xəbərçi
Ağstafada mebel salonunda partlayış
Azərbaycanın Ağstafa rayonunda, Bakı-Tiflis yolunun kəsişməsində yerləşən Bəhmən Sadiqiyə məxsus mebel salonunda partlayış baş verib. ANS TV-nin məlumatına görə, hadisə vaxtı otaqda olan 3 nəfər- Anar Sadiqi, Ceyhun Əliyev və Elnur Orucov əsasən üz nahiyələri olmaqla yanıblar.

Zərərçəkənlər Ağstafa rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkim-cərrah Elvin Hacıyevin verdiyi məlumata görə, yaralılardan hər üçünün vəziyyəti ağırdır.

Ağstafa rayon Yanğından Mühafizə İdarəsinin məlumatına görə, hadisə qaz sızması nəticəsində baş verib. Faktla bağlı araşdırmalar aparılır.

Şərhlər