Ağstafa rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi bıçaqlanıb. ANS-in məlumatına görə, maşın qaçırdığına görə saxlanılan 32 yaşlı rayon sakini Yaqubov Ramil Bayram oğlu bölməyə gətirilib. Bu zaman “onsuzda cinayət etmişəm” - deyən Ramil cibindəki qatlanan bıçaqla yol polisi rəisi Hidayət Kərimova yüngül bədən xəsarəti yetirib.
Ağstafa rayon polis şöbəsinin rəis əvəzi Samir Quliyevin sözlərinə görə, xəsarət alan rəisin vəziyyəti hazırda yaxşıdır və o, öz xidmətinə davam edir.
Ramil barəsində isə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başlanılıb. Toplanmış materiallar araşdırılması üçün artıq aidiyyəti üzrə Ağstafa rayon Prokurorluğuna göndərilib, istintaq davam edir. ANSPRESS
Ağstafa Yol Polisinin rəisi bıçaqlandı
Ağstafa Yol Polisinin rəisi bıçaqlandı. Maşın oğurluğunda şübhəli bilinən şəxs şöbədə ikinci cinayətini törədib.




Şərhlər