Ağrıkəsici dərman Bakı sakinini xəstəxanalıq etdi
09 Dekabr 2010 Cümə Axşamı 12:00
22 yaşlı qız Bakının mərkəzində qəfil yerə yıxılıb
Bakının mərkəzində yolla gedən gənc qız dərmandan zəhərlənərək yerə yıxılıb. Şahidlərin ANS PRESS-ə verdiyi məlumata görə, hadisə bu gün saat 11.00 radələrində Nəriman Nərimanov rayonunda “Mona Liza” şadlıq evinin qarşısında baş verib. Gənc qız yolla gedərkən qəfildən yerə yıxılıb. O, dərhal hadisə yerinə çağırılan Təcili Tibbi Yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparılıb.

Mərkəzdən verilən məlumata görə, Bakının Nərimanov rayon sakini 22 yaşlı Mələkxanım Məmmədli toksikologiya şöbəsinə yerləşdirilib. Şöbənin baş həkimi Azər Maqsudov ANS PRESS-ə bildirib ki, M. Məmmədli hazırda müayinə edilir.

"İlkin məlumata görə, qız kəskin baş və mədə ağrısından bir neçə dərman atıb. Zəhərlənməyə də səbəb bu olub. Hazırda vəziyyəti ortadır. Cox ehtimal ki, axşam saatlarına qədər evə buraxılacaq”, deyə A. Maqsudov qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar