Ağdaşda müəmmalı ölüm
08 May 2011 Bazar 18:12
70 yaşlı qadının meyiti aşkar edilib
Ağdaş rayonunda qoca qadın öz evində müəmmalı şəkildə ölüb. Hadisə barədə bu gün saat 13:30 radələrində rayon polis şöbəsinə məlumat daxil olub. Şöbədən APA-ya bildirilib ki, Ağdaş şəhərinin, Fariz Səfərov küçəsindəki 4 saylı mənzildə yaşayan 1941-ci il təvəllüdlü Səmədova Firuzə Zülfüqar qızının öz evində meyiti tapılıb.
Tənha yaşayan qadının başında dəmir əşya ilə çapılmış-deşilmiş yaralar aşkar edilib. Hadisənin bir neçə saat əvvəl baş verdiyi ehtimal olunur. Yaşlı qadının ölümünün motivi barədə hələlik heç bir məlumat yoxdur.
Məlumata görə, meyitin yanında pəncərənin başından düşmüş pərdənin dəmir karnizi də tapılıb. Təhqiqat qrupu qadının qətlə yetirilməsi və ya dəmir karnizin onun başına düşərək ölməsi versiyasını da araşdırır.
Hazırda meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsində müayinə edilir. Rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: