Hadisə iyulun 12-də axşam saat 19.30 radələrində baş verib.
Valideynləri Ağdaş rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarını hadisə yerinə çağırıblar. Valideynlər bildiriblər ki, V. Əliyev evin balkonundan yıxılaraq başından xəsarət alıb. V. Əliyev Ağdaş Mərkəzi Rayon Xəstəxanasına aparılsa da, onu xilas etmək mümkün olmayıb. Lakin tibbi heyət xəsarətin yıxılma deyil, kəsici alət zərbəsi nəticəsində baş verdiyini müəyyənləşdirib, dərhal hüquq-mühafizə orqanlarına xəbər verib.
Ağdaş rayon Prokurorluğu isə müəyyənləşdirib ki, Vasif Əliyevi öz anası, 1948-ci il təvəllüdlü Əliyeva Rahilə Davud qızı qətlə yetirib. Hadisə ailə münaqişəsi zəminində baş verib. İki uşaq atası olan Vasif Əliyev atasının evində valideynləri ilə birgə yaşayıb.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə (qəsdən adam öldürmə) cinayət işi açılıb, araşdırma aparılır.

APA

Şərhlər