Hadisə

Ağdaş şəhər sakini evində öldürülüb

Onun evindən silah da tapılıb.

· Xəbərçi
Ağdaş şəhər sakini evində öldürülüb
Ağdaş şəhər sakini evindən ölü halda tapılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Telman Abdullayevin küt alətlə qətlə yetirilmiş meyiti evində tapılıb.

Qeyd edək ki, Telman Abdullayevin evinə baxış zamanı oradan 1 ədəd “Mauzer” tipli tapança, 15 ədəd patron və 2 ədəd güllə darağı aşkar edilərək götürülüb.

Şərhlər