Hadisə

Ağdaş rayonunda müəmmalı intihar

Həyat yoldaşının yanına qonaq gələn Qəbələ rayon sakini özünü kəndirlə fermanın damından asıb

· Xəbərçi
Ağdaş rayonunda müəmmalı intihar
Ağdaş rayonunda intihar hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə hadisə bu gün saat 16:00 radələrində Ərəbocağı kəndində yerləşən mal-qara fermasında qeydə alınıb. Qəbələ rayonunun Nic qəsəbəsindən həmin fermer təsərrüfatında çoban işləyən həyat yoldaşının yanına qonaq gələn 1971-ci il təvəllüdlü Muradxanova Zərnişan Hümmət qızı özünü kəndirlə fermanın damından asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər