Hadisə

Ağdamda yol qəzası

Bir nəfər ölüb, bir nəfər yaralanıb

· Xəbərçi
Ağdamda yol qəzası
Ağdamın Zəngişallı kəndində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Ağdam rayon Rzalar kənd sakini Bəylər Süleymanovun idarə etdiyi «Volqa» QAZ-24 markalı minik maşının yol kənarında dayanmış «Opel» markalı minik maşınını vurub. Nəticədə «Opel»in sürücüsü, Bakı şəhər sakini Etibar İsmayılov və Ağdam rayon Zəngişallı kənd sakini Ceyhun Mahmudov müxtəlif dərəcəli xəsarətlər alıblar. «Opel»in sürücüsü E. İsmayılov kəllə-beyin travması ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra yaralı Bərdə MRX-nın travmatologiya şöbəsinə yerləşdirilsə də orada dünyasını dəyişib.

Faktla bağlı Ağdam RPŞ-də araşdırma aparılır.

Şərhlər