Hadisə

Ağdamda güclü partlayış səsləri eşidilib

Erməni tərəfinin tələsik təlimlərə başladığı ehtimal edilsə də, 5 partlayışdan sonra səs kəsilib.

· Xəbərçi
Ağdamda güclü partlayış səsləri eşidilib
Azərbaycan Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarələrinin və döyüş vertolyotlarının cəbhə boyu ərazilərdə uçuşlarından sonra Ağdamın işğal altında olan Uzundərə ərazisindən partlayış səsləri eşidilib. ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, ilk partlayış səsi günorta saatlarında eşidilib. Digər partlayış səsləri isə günün ikinci yarısında gəlib.

Partlayış səsləri Ağdam, Ağcabədi və Tərtər rayonlarında aydın eşidilib. Erməni tərəfinin tələsik təlimlərə başladığı ehtimal edilsə də, cəmi 5 partlayışdan sonra səs kəsilib.

Qeyd edək ki, Azərbaycan tərəfi iki gündür cəbhə xəttinə yaxın hərbi hissələrin iştirakı ilə irimiqyaslı təlimlər keçirir. Təlimləri müdafiə naziri Səfər Əbiyev də müşahidə edir. ANSPRESS

Şərhlər