Hadisə

Ağdam sakini güllələndi

Hadisəni törədərək qaçan şəxs artıq tutulub.

· Xəbərçi
Ağdam sakini güllələndi
Ağdam sakini güllələnib. ANS PRESS-in daxili İşlər nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, insident ötən gün Ağdam rayonunun Mirəşelli kəndi ərazisində qeydə alınıb. Kənd sakini Kamil Məmmədov münaqişə zəminində odlu silahdan atəş açaraq Əhmədağalı kənd sakini Sərhad Abbasova xəsarət yetirərək, hadisə yerindən qaçıb. S.Abbasov xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağırdır.
Ağdam RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində K.Məmmədov tutulub və ondan 1 ədəd ov tüfəngi götürülüb.

Şərhlər