Ağdam köçkünü özünü Kür çayına ataraq intihar edib
16 Aprel 2011 Şənbə 11:44
Mingəçevir şəhərində intihar hadisəsi baş verib. Şəhər Polis Şöbəsinin rəis müavini İlqar Hümbətov APA-nın yerli bürosuna bildirib ki, hadisə bu gün səhər saat 8:40 radələrində qeydə alınıb.
Mingəçevir şəhərindəki 1 saylı qaçqın şəhərciyində məskunlaşmış Ağdam rayon sakini, 1947-ci il təvəllüdlü Həsənov Vəli Şirin oğlu Kür çayının üzərindəki körpüdən özünü çaya ataraq intihar edib. Əvvəlcə ətrafdakı insanlar özünə qəsd etmək istəyən iki uşaq atası V. Həsənovu körpünün üstündə bir neçə dəqiqə tutub saxlaya biliblər, lakin, o, əsəblərinin pozulması ilə əlaqədar gecələr yata bilmədiyini, bədənində ağrıların olduğunu deyib, insanların fikrini yayındıraraq özünü çaya atıb.
Camaatın və polislərin köməyi ilə onun meyiti sudan çıxarılıb.
Faktla bağlı Mingəçevir şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: