Yay mövsümü ilə əlaqədar ağcaqanadların artıb mənzillərə soxulmasının qarşısının alınması bədbəxt hadisə ilə nəticələnib. Həşaratların məhvində istifadə olunan dərmanın partlaması 4 nəfərin yanmasına səbəb olub. Hadisə bu gün səhər saat 6 radələrində Böyük Şor qəsəbəsində yerləşən Nofəl Abdullayevə məxsus fərdi yaşayış evində qeydə alınıb. Partlayışa isə ilkin ehtimal olaraq ağcaqanad dərmanı səbəb olub.
Belə ki, N. Abdullayevə məxsus evdə kirayədə qalan 4 nəfər səhər saatlarında işə gedərkən otağa ağcaqanad dərmanı vurmaq istəyiblər. Dərmanla ehtiyatsız davranma partlayışla nəticələnib. Hadisə zamanı evdə kirayədə qalan 4 nəfər - Rəvan Mehdiyev, qohum olan Ruslan, Nəriman və Əli Qəmbərovlar xəsarət alıb. Yaralılar 5 saylı Şəhər Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, hadisənin dəqiq baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində müvafiq araşdırmalar aparılır. ANSPRESS
Ağcaqanad dərmanı partlayışa səbəb oldu
Ağcaqanad dərmanı partlayışa səbəb oldu. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb.




Şərhlər