Hadisə

Aeroport yolunda ağır qəza: 2 ölü

"VAZ-2107" yolun kənarında dayanmış "KaMAZ"ın arxasına çırpılıb.

· Xəbərçi
Aeroport yolunda ağır qəza: 2 ölü
Bu gün saat 19:30 radələrində Bakının Suraxanı rayonu ərazisində ağır yol qəzası baş verib. ANS PRESS-in məlumatına görə, hadisə Ramana istiqamətində, aeroport yolunda baş verib.

Şahidlərin verdiyi məlumata görə, “VAZ 2107” markalı avtomobil yol təmiri ilə bağlı olaraq yolun bir tərəfində dayanmış “KaMAZ”a arxadan çırpılıb. Hadisə nəticəsində iki nəfər dünyasını dəyişib.

Suraxanı rayon Polis Şöbəsindən ANS PRESS-ə bildiriblər ki, artıq bu qəzadan bölmədə xəbərdardırlar. Polis Şöbəsinin istintaq qrupu hadisə yerinə yollanıb. Hadisənin təfərrüatları istintaqdan sonra məlum olacaq. anspress

Şərhlər