Bu gün saat 17:00 radələrində Abşeron rayonunda, Müşviqabad postu yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Dövlət Yol Polis İdarəsindən ANS PRESS-ə məlumat verilib.
Məlumata görə, “Mercedes Benz E klass” markalı 10 SD 052 dövlət nömrə nişanlı avtomobil sürətlə hərəkət edərkən idarəetməni itirərək “KamAZ” markalı yük maşınına çırpılıb. Nəticədə “Mercedes” markalı avtomobilin sürücüsü və sərnişini həlak olub.
Abşeronda "Mercedes" "KamAZ"a çırpıldı
Hadisə nəticəsində 2 nəfər həlak olub




Şərhlər