Hadisə

Abşeronda dəhşətli qətl: 3 ölü, 1 yaralı

Öldürülənlər və yaralı şəxs bir ailənin üzvləridir.

· Xəbərçi
Abşeronda dəhşətli qətl: 3 ölü, 1 yaralı
Ötən gecə Abşeron rayonun Digah qəsəbəsində dəhşətli cinayət hadisəsi baş verib. Qəsəbə sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, qəsəbə sakini Dadaşov Teyyub Rəfael oğlu, onun həyat yoldaşı, qızı öldürülüb, oğluna isə ağır bədən xəsarətləri yetirilib. İlkin məlumata görə, hadisə gecə saat 2-3 radələrində baş verib.

Qəsəbə sakinlərinin bildirdiyinə görə, gecə saatlarında Teyyub Dadaşovun kürəkəni ona məxsus evə gələrək bıçaqla üç nəfəri qətlə yetirib, bir nəfəri isə ağır yaralayıb. Ev sahibinin qızı, Şəlalə Dadaşovanın isə başı kəsilərək, digərlərinin isə çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirildiyi bildirilir.

Abşeron rayon Prokurorluğundan isə faktla bağlı araşdırma aparıldığı bildirilib. ANSPRESS

Şərhlər