Hadisə

Abşeronda 25 yaşlı gəncin meyiti tapılıb

Kənan Həşimovun necə və kim tərəfindən öldürüldüyü araşdırılır

· Xəbərçi
Abşeronda 25 yaşlı gəncin meyiti tapılıb
Abşeron rayonunda kişi meyiti tapılıb. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, bu 25 yaşlı Kənan Nizami oğlu Həşimovdur. Onun meyiti bu gün saat 16.00 radələrində Saray qəsəbəsində tapılıb.

Hadisə yerinə rayonun polis və prokurorluğun əməkdaşları yollanaraq ilkin araşdırmalara başlayıb.

Mərhumun necə və kim tərəfindən öldürüldüyü bilinmir.

Şərhlər