Hadisə

ABŞ təhlükəli daşqına hazırlaşır

Missisipi çayında daşqın təhlükəsi yaranıb

· Xəbərçi
ABŞ təhlükəli daşqına hazırlaşır
ABŞ-da Missisipi çayında suyun səviyyəsi artmağa davam etdiyindən ətraf şəhərlərin sakinlərinə daşqın xəbərdarlığı edilib. Bunun bir neçə on illikdə ən pis daşqın ola biləcəyi proqnozlaşdırılıb. Tennesi ştatının Memfis şəhərində 1000-dən çox ev evakuasiya edilib. Ümumilikdə isə ən təhlükəli ərazilərdə 3 mindən çox evdən sakinlər məcburi çıxarılıb. Missisipi çayında suyun səviyyəsinin 4 metrdən çox yüksələrək sabah təhlükəli daşqın səviyyəsinə çatacağı bildirilir. Daşqının 1937 və 1927-ci illərdəki rekorddan pis ola biləcəyi ehtimal edilir.

Şərhlər