ABŞ-ın şimal-qərb hissəsində daşqınlar baş verir
11 Mart 2011 Cümə 06:51
Milli Hava Xidməti daha bir çox yerdə daşqın olma ehtimalına qarşı xəbərdarlıq edib
Birləşmiş ştatların şimal qərb hissəsində yağan aramsız leysan yağışların ardınca çaylarda suyun səviyyəsi artıb. Daşan çaylar evlərə zərər yetirib. Milli Hava Xidməti Filadelfiyanın şimalında Delaver Çayında daşqın olma ehtimalı ilə əlaqədar xəbərdarlıq elan edib. Ohayo ştatının Sinsinatti şəhərində qalxmaqda olan Ohayo Çayı Konni-Aylend Əyləncə Parkının əməkdaşlarını parkdakı avadanlıq və qurğuları daha quru ərazilərə daşımağa məcbur edib. Milli Hava Xidmətinin məlumatına əsasən Ohayo Çayı həftə sonu üçün normal səviyyəsindən 1.3 metr arta bilər. Şimali Kentakkidə sel nəticəsində yollar, orta məktəblər və sahilyanı restoranlar bağlanıb. Nyu-Cersi qubernatoru ştatda fövqəladə vəziyyət elan edib. Burada düşən yağıntının hündürlüyü 7.6 santimetr təşkil edir. Milli hava Xidməti həftə sonu həmçinin Pompton, Passaik və Suskehenna çaylarında güclü daşqınlar proqnozlaşdırır.
DOSTLARINLA PAYLAŞ: