ABŞ-ın Bakıdakı səfirliyinin qarşısında piketə cəhd olub
24 Fevral 2011 Cümə Axşamı 15:36
Polis piketin qarşısını alıb
Bu gün saat 15 radələrində Milli Mübarizə Birliyi gənclər təşkilatının bir qrup üzvü ABŞ-ın Azərbaycandakı səfirliyinin qarşısında piket keçirməyə cəhd edib. ANS PRESS-in hadisə yerində olan əməkdaşının məlumatına görə, polis aksiya iştirakçılarının səfirliyə doğru hərəkət etməsinə mane olub və piketin keçirilməsi baş tutmayıb.
Piket iştirakçılarının ANS PRESS-ə verdiyi məlumata görə, aksiyanın keçirilməsində məqsəd 1992-ci ildə Birləşmiş Ştatlar Konqresində Azərbaycana qarşı qəbul olunan 907-ci maddəni ləğvinin tələb edilməsi olub.
Aksiya iştirakçıları polis vasitəsilə qətnamələrini səfirliyə təqdim edə biliblər.
Qətnamədə deyilir:
1. Qarabağ və işğal altında olan digər Azərbaycan torplaqlarından Ermənistanın hərbiləşdirilmiş terrorçu dəstələri qeyd-şərtsiz çıxmalıdır.
2. ABŞ parlamenti tərəfindən Azərbaycan dövlətinə qarşı yönəlmiş 907-ci düzəliş ləğv edillməlidir.
3. Xocalı soyqırımı ABŞ konqresində müzakirəyə çıxarılmasını xahiş edirik.
Aksiya iştirakçıları əllərində Xocalıda qətlə yetirilən azərbaycanlıların şəkillərini və üstündə "907-ni ləğv et", "Xocalı soyqırımını tanı", "Azərbaycan terrorçu deyil" şüarları yazılmış plakatlar tutublar.
DOSTLARINLA PAYLAŞ: