ABŞ dəniz piyadalarının helikopteri Kaliforniyanın cənubundakı Kemp-Pendlton hərbi bazarsında qəzaya uğrayıb. “Associted Press” agentliyinin məlumatına görə, helikopterin iki pilotu həlak olub.
Məlumata görə, “AH-1 Cobra” helikopteri yerə düşüb və alışıb. Helikopterin göyərtəsindəki pilotlar hadisə yerində həlakolublar. İnsident nəticəsində bazanın cənub-şərq hissəsində yanğın başlayıb. Hazırda yanğınsöndürmə briqadaları alovun qarşısını almağa çalışırlar.
Qəzanın səbəbləri barədə məlumat yoxdur.
ABŞ dəniz piyadalarının helikopteri qəza uğradı
Qəza nəticəsində iki nəfər həlak olub




Şərhlər