Hadisə

ABŞ-da yenidən tornado baş verib

Son 2 gün ərzində ölənlərin sayı 128 nəfərə çatıb

· Xəbərçi
ABŞ-da yenidən tornado baş verib
Amerika Birləşmiş Ştatlarının mərkəzi-qərb hissəsində baş vermiş tornadonun nəticələri aradan qaldırılır. Missuri ştatının tornadodan zərər çəkmiş Coplin şəhərində axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altından hələlik 19 nəfəri sağ çıxarmaq mümkün olub. Missuri ştatı və ətraf ərazilərdə tornado qurbanlarının sayı 122 nəfərə çatıb.

Tornado xəbərdarlığı verilən ştatlardan isə Oklahoma və Kanzasda yeni tornadolar baş verib. Oklahomada 6 nəfər ölüb, bir neçə nəfər də xəsarət alıb. Bununla da, son iki gün ərzində regionda tüğyan edən qasırğalar nəticəsində ölənlərin sayı 128 nəfər təşkil edib. Ştatın mərkəzi olan Oklahoma Sitidə dağıntılar baş verib.

Kanzas, Missuri, Arkanzas, Texas, Kentukki və Tennesi ştatlarında yeni tornadoların yaxınlaşdığı da proqnozlaşdırılır.

Şərhlər