Amerikanın Missuri ştatında tornado nəticəsində ölənlərin sayı 116 nəfərə çatıb. Məlumatı “Associated Press” agentliyi yerli hakimiyyət orqanlarına istinadən yayıb. Bundan əvvəlki məlumatlarda 89 nəfərin öldüyü bildirilirdi.
Tornadodan ən çox Coplin şəhərciyi zərər görüb. Şəhərdə 2000-ə yaxın bina, o cümlədən, xəstəxanalar, məktəblər, kilsələr, mağazalar, eləcə də yaşayır evlərinə ziyan dəyib.
Birləşmiş Ştatların cənubundan Texasdan şimalındakı Miçiqana qədər bir sıra ştatların hökumətləri tornadonun yaxınlaşması ilə bağlı xəbərdarlıqla çıxış ediblər.
Ümumimilikdə mayın əvvəlindən indiyədək Birləşmiş Ştatlar ərazisində baş verən tornado nəticəsində 300-dən çox adam ölüb.
ABŞ-da tornado nəticəsində ölənlərin sayı 116-ya çatıb
Coplin şəhərciyində 2000-ə yaxın binaya ziyan dəyib




Şərhlər