ABŞ-da qasırğadan ölənlərlərin sayı 17 nəfərə çatıb
17 Aprel 2011 Bazar 03:03
Bir çox yaşayış məntəqələri təbii fəlakət nətcəsində işıqsız qalıb, yüzlərlə evə ziyan dəyib
ABŞ-da aprelin 14-dən başlayan güclü siklon ötən gün də davam edib. Hökumət rəsmilərinin məlumatına görə, şiddətli külək və qasırğa 17 nəfərin, o cümlədən, 5 uşağın ölümünə səbəb olub. Bir müddət əvvələdək 10 nəfərin öldüyü bildirilirdi.

Oklahoma və Alabama ştatlarının ərazisində fövqəladə vəziyyət elan edilib. Bir çox yaşayış məntəqələri təbii fəlakət nətcəsində işıqsız qalıb, yüzlərlə evə ziyan dəyib. Siklonun yaxınlaşması əvvəlcədən məlum olub. Bununla belə, külək və qasırğa başlayanda insanların bir çoxunu evlərində yatmış olublar.

ABŞ-da orta hesabla hər bir tornado nəticəsində 70-ə yaxın adam həlak olur. Təbii fəlakət ən güclü zərbəni 1974-cü il aprelin 3-4-də vurub. Həmin vaxt Amerikanın 13 ştatında 148 qasırğa baş vermiş və 307 nəfər həlak olmuşdu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar