ABŞ-da qasırğa qurbanlarının sayə 44-ə çatıb
18 Aprel 2011 Bazar Ertəsi 01:41
Şimali Karolinada 250 min insan elektrik enerjisiz qalıb
Birləşmiş Ştatlarda bir neçə gündür tüğyan edən tufan nəticəsində ölənlərin ümumi sayı 44-ə çatıb. Güclü külək Şimali Karolina, Alabama, Vaşinqton, Missisipi, Oklaxoma, Kanzas və Texas ştatlarına ciddi ziyan vurub. Külək ağacları kökündən çıxarıb, maşınları çevirib, evləri uçurub və elektrik xətlərinə ziyan vurub.
Arkanzas ştatında külək evlərdən birini 20 metr hündürlüyünə qədər havaya qaldırıb. Burada bir nəfər ölüb, daha 1 nəfər isə ağır xəsarət alıb. Qasırğadan həmçinin Orta Qərb və cənub-şərqdəki ştatlar da zərər çəkib. Ölənlər arasında uşaqlar da var. Təbii fəlakətin vurduğu ziyanın həcmi barədə hələlik məlumat verilmir.
Arkanzas, Oklahoma, Missisipi, Luiziana və Corciya ştatlarında fövqəladə vəziyyət rejimi tətbiq edilb. Onlarla ev dağılıb. Şimali Karolinada 250 min insan elektrik enerjisiz qalıb. Sinoptiklərin məlumatı isə heç də ürəkaçan deyil. Belə ki, sinoptiklərin məlumatına görə qasırğa şərq istiqamətində Kolumbiya Dairəsinə doğru hərəkət edir. Dairənin şəhər rayonlarında artıq qasırğa ehtimalı barədə xəbərdarlıq edilib. Analoji xəbərdarlıq Virginiya ştatında da verilib.
DOSTLARINLA PAYLAŞ: