ABŞ-da killer evlərə girərək 7 nəfəri qətlə yetirib
08 İyul 2011 Cümə 11:01
Cani daha iki nəfəri girov götürüb.
Birləşmiş Ştatlarda dəhşətli insident yaşanıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, əvvəllər məhkum olunmuş və ABŞ-ın Miçiqan ştatının Qrand-Repids şəhərində 7 nəfəri öldürməkdə şübhəli bilinən 34 yaşlı Rodrik Dantsler polisdən gizlənərək evlərdən birinə girib və iki nəfəri girov götürüb.

Bir neçə dəqiqədən sonra o polisə zəng edərək girovlardan birini bir qutu siqaret və bir şüşə suya dəyişməyi təklif edib. Onun tələbi dərhal yerinə yetirilib və cani qadını azad edib. Lakin sözügedən cinayətkar hazırda bir girovla hələ də evdədir.

Şəhərin polis idarəsinin rəhbəri Kevin Belk hazırda onunla danışıqlar aparıldığını bildirib. Onun sözlərinə görə, qatil ehtimal olunan şəxs tapança ilə silahlanıb.

Qeyd edək ki, bu hadisə baş verənə qədər Dantsler iki qadını və 10 yaşlı qızı öldürüb, daha sonra isə digər evə yollanaraq orada üç qadın və bir kişini qətlə yetirib. O qətli törətdikdən sonra avtomobilə minərək qaçıb. Polisin onu təqib etdiyini görən şəxs nizamsız şəkildə atəş açmağa başlayıb və yoldan keçən iki nəfəri yaralayıb. Daha sonra onun maşını kanala düşüb, cinayətkar isə yaxınlıqdakı evlərdən birinə girərək sözügedən iki nəfəri girov götürüb.
Atışmanın motivləri barədə hələ ki, məlumat yoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar