Hadisə

ABŞ-da “Ayrin” qasırğasına hazırlaşırlar

Şimali Karolina ştatında 200 min nəfərin evakuasiyası gözlənilir

· Xəbərçi
ABŞ-da “Ayrin” qasırğasına hazırlaşırlar
ABŞ-ın Şimali Karolina ştatının hökuməti “Ayrin” qasırğasının yaxınlaşması ilə əlaqədar 200 min nəfərin evakuasiyası barədə göstəriş verib. Qasırğa ötən həftə Atlantik okeanında formalaşıb.

ABŞ hökuməti əvvəlcədən xəbərdarlıq edib ki, qasırğa ABŞ-ın qərb sahillərindən şimaldakı Men ştatınadək dağıntılara səbəb ola bilər.

Üçüncü təhlükə dərəcəsi verilən qasırğa artıq Daminikan Respublikası, Puerto-Riko və Karib hövzəsinin digər ölkələrində keçib.

Şərhlər