Amerikanın Tennessi əyalətində naməlum bir şəxs 11 sentyabr hadisələrinin ildönümündə “Merfrisboro” İslam mərkəzində partlayış törədəcəyini bildirib. Polis rəsmiləri şəxsin səsli mesajla müsəlmanları hədələdiyini bildirib. Mesaj göndərən şəxsin həmçinin müsəlmanlar üçün söyüşlü və təhqiredici sözlər sərf etdiyi qeyd edilib. Merfrisboro polis idarəsinin rəsmisi Kayl Evans məsciddə təhlükəsizlik tədbirlərinin çoxaldıldığını, məscidin ətrafında reydlərə başladıqlarını bildirib. Evans hədə mesaji çərçivəsində başladılan istintaqa federal rəsmiklərin də dəstək verdiyini vurğulayıb.
ABŞ-da 11 sentyabrda məscid partladılacaq
Naməlum şəxs məscidə bomba qoyacağını bildirərək müsəlmanları hədələyib




Şərhlər