9 yaşlı uşağı öldürməsi məsələsi ATƏT PA-da qaldırılacaq
18 Mart 2011 Cümə 13:31
Bu barədə millət vəkili, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov məlumat verib
Erməni hərbçiləri tərəfindən azyaşlı uşağın qətlə yetirilməsi məsələsi ATƏT Parlament Assambleyasının növbəti toplantısında qaldırılacaq. Bunu Yeni Azərbaycan Partiyasının rəsmi saytına açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib.


Onun sözlərinə görə, ATƏT Ermənistanın bütün humanizm prinsiplərini tapdalaması ilə bağlı öz mövqeyini ortaya qoymalıdır.

“Biz nümayəndə heyəti olaraq ATƏT məkanında Ermənistan tərəfindən insanlığa qarşı yönəlmiş bu cür hərəkətləri pisləyirik və məsələni bu qurumun Parlament Assambleyasında qaldıracağıq. Beynəlxalq qurumlar təcavüzkarın bu cür hərəkətlərinə qarşı tədbirlər görmək üçün özlərində cəsarət tapmalıdırlar”, - deyə o qeyd edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar