9 yaşlı qızı zorlayıb sonra boğazını kəsdilər
    25 Dekabr 2009 Cümə 06:10
    Qızlarının itməsi barədə məlumat vermək üçün polis şöbəsinə gələn ata-ana isə hadisəni burda öyrənib
    
                	 
    
         Türkiyənin Mersin vilayətində zorlandıqdan sonra boğulan, bıçaqlanan, daha sonra boğazı kəsilərək öldürülən 9 yaşlı qızın cəsədi tapılıb. Hadisə barədə araşdırmalara başlayan polis cinayətdə şübhəli bilinən, öldürülən qızın qonşusu 25 yaşlı şəxsi saxlayıb. Qızlarının itməsi barədə məlumat vermək üçün polis şöbəsinə gələn ata-ana isə hadisəni burda öyrənib. Cinayət barədə məlumatı isə polisə saxlanılan şəxsin əmisi oğlu verib. 
Qeyd edək ki, hadisənin şübhəlisi ailəli və 1 övlad atasıdır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: