85 yaşlı oğru qadın iş başında tutuldu
15 Avqust 2011 Bazar Ertəsi 03:56
Axırıncı işi vaxtı yaxalanan 85 yaşlı oğru pensiyaya çıxmaq fikrində olmadığını deyib
Macarıstanda “Oğrular kraliçası” və ya “Uçan Qizella” ləqəbli 85 yaşlı Qizella Sandorne Kostor oğurluk edərkən polis tərəfindən saxlanılıb. Məlumata görə indiyə qədər yüzlərlə dəfə saxlanılan, 23 dəfə məhkəmyə çıxarılan və 40 il məhkumiyyəti olan Kostor sadəcə 22.5 il həbsdə olub.
Şopron şəhəri polis idarəsinin nümayəndəsi Yeva Kekes 85 yaşllı Qizella nənənin şəhərdəki evlərdən birində opğurluq edərkən yaxalandığını, axtarış vaxtı onun üstündən qızııl zinət əşyaları və nəğd pul çıxdığını deyib.
Qeyd edək ki, Macarıstanda 1950-ci illərin əvvəllərində paytaxt Budapeştdən daxili təyyarə reysləri ilə başqa şəhərlərə gedən və burda evləri qarət edərək axşam qayıdan Sandorne Kostora ölkə polisi “Uçan Qizella” ləqəbini verib.
Axırıncı işi vaxtı yaxalanan 85 yaşlı oğru pensiyaya çıxmaq fikrində olmadığını deyib.
DOSTLARINLA PAYLAŞ: