Hadisə

84 yaşlı qoca evində yandı

84 yaşlı qoca evində yandı. Hadisə Ağdaş rayonunda baş verib.

· Xəbərçi
84 yaşlı qoca evində yandı
Ağdaş rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın hadisəsi dekabrın 20-də saat 18.00 radələrində rayonun Yuxarı Ləki kənd sakini, 84 yaşlı Allahverdi İsgəndərova məxsus birotaqlı evdə meydana gəlib. Yanğın nəticəsində ev sahibi A. İsgəndərov aldığı yanıq xəsarətlərindən hadisə yerindəcə keçinib.

Yanğının başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər