80 yaşlı qadın diri-diri yandı
07 Yanvar 2010 Cümə Axşamı 15:35
Xərai rayonunda beşmərtəbəli binada yanğın baş verib
Bakının Xətai rayonunda 80 yaşlı qadının ölümü ilə nəticələnən yanğın hadisəsi baş verib. ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, günorta saatlarında baş verən yanğın rayonun Cavanşir küçəsi, 7 ünvanındakı beşmərtəbəli binanın 43-cü mənzilində qeydə alınıb.
Yanğın nəticəsində ev sahibi, 80 yaşlı Anna Mirzəyeva Vasiliyevna yanaraq ölüb. İlkin versiyaya görə, hadisəyə səbəb elektrik sobasının aşması olub. Soba tez bir zamanda döşəmədəki xalçanı alışdırıb. Yataq xəstəsi olan qadın hərəkət edə bilmədiyi üçün köməksiz qalıb və özünü müdafiə edə bilməyib.
Qeyd edək ki, qadın evdə yalnız yaşasa da, qızları müntəzəm olaraq ona baş çəkiblər. Hadisədən bir neçə dəqiqə əvvəl isə onun yanına gələn qızı yaxınlıqdakı aptekə gedibmiş.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadası gəlib. Görülən tədbirlər nəticəsində yanğının qarşısı alınıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: