8 yaşlı Ağdam sakini erməni gülləsinə tuş gəldi
08 Mart 2011 Çərşənbə Axşamı 17:26
Başından yaralanan Fariz Bədəlovun həyatını xilas etmək mümkün olmayıb
Bu gün erməni silahlı bölmələrinin açdığı atəş nəticəsində Ağdam sakini həlak olub. ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, hadisə təxminən saat 16.10 radələrində işğal altında olan Şıxlar kəndi istiqamətində baş verib.
Məlumata görə, 8 yaşlı kənd sakini, Fariz Arzu oğlu Bədəlov həyətdə olarkən ermənilərin açdığı atəş nəticəsində baş nahiyəsindən güllə yarası alıb. E.Bədəlov təcili olaraq xəstəxanaya aparılsa da, həkimlər uşağın artıq keçindiyini bildiriblər.
Allah rəhmət eləsin.
DOSTLARINLA PAYLAŞ: