8 nəfəri güllələyən şəxs təslim oldu
20 Yanvar 2010 Çərşənbə 19:10
8 nəfəri güllələyən şəxs təslim oldu. Tezliklə ona qarşı ittiham irəli sürüləcək.
Amerika Birləşmiş Ştatların Virciniya ştatında səkkiz nəfəri qətlə yetirməkdə şübhəli bilinən, həmçinin polis vertolyotunu vurmağa cəsarət edən 39 yaşlı Kristofer Speyt könüllü surətdə hüquq - mühafizə orqanlarına təslim olub.
Speyt 100-dən artıq əməliyyatçının qatıldığı bir sutkalıq axtarışdan sonra bu gün səhər saatlarında polisə təslim olub. Hazırda cinayətkar sorğu - sual edilir, yaxın vaxtlarda ona qarşı ittiham irəli sürüləcək. Polis cinayətin baş verdiyi yerin yaxınlığında caniyə məxsus iki avtomobil aşkar edib. Güman olunur ki, o bu müddət ərzində maşınlardan birində gizlənib.
Xatırladaq ki, Speytin axtarışına çərşənbə axşamı günorta Appomattoks dairəsi polisinə yollardan birində yaralı şəxsin olmasına dair məlumat daxil olduqdan sonra start verilib. Həmin yaralı şəxs xəstəxanada keçinib. Hadisə yerinə gələn polislər isə burada güllə yarasından ölən daha yeddi nəfərin cəsədini aşkar edib.
Cinayətkarın axtaşına bir polis vertolyotu da cəlb edilib. Lakin qatil tüfəngdən açdığı atəş ilə helikopterin yanacaq sistemini sıradan çıxarıb və onun məcburi olaraq eniş etməsinə səbəb olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: