Bakı şəhərində bıçaqlanma hadisəsi baş verib. Nizami rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumatına görə, rayon ərazisində yerləşən 8-ci kilometr bazarı kimi tanınan 4 saylı Kolxoz Bazarında qeydə alınıb.
Gürcüstanın Marneuli rayon sakini, 21 yaşlı Rövşən Bayramov mübahisə zamanı həmyaşıdı Murad İsmayılova bıçaqla ciddi xəsarət yetirib. Yaralı ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Rövşən Bayramov yaxalanıb. O, istintaqa ilkin ifadəsinə törətdiyi əməli etraf edib.
Faktla bağlı Nizami rayon Polis İdarəsinin istintaq şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır. ANSPRESS
8-ci kilometr bazarında bıçaqlanma olub
8-ci kilometr bazarında Gürcüstan vətəndaşı 21 yaşlı Murad İsmayılovu yaralayıb.




Şərhlər