Hadisə

8-ci kilometr bazarı yanır

FHN Yanğından Mühafizə Xidmətinin briqadaları yanğını söndürməyə çalışır.

· Xəbərçi
8-ci kilometr bazarı yanır
Bu gün gecə saatlarında Nizami rayonu ərazisində yerləşən və 8-ci kilometr bazarı kimi tanınan ticarət mərkəzində yanğın başlayıb. Bu barədə ANS PRESS-ə hadisənin şahidləri məlumat verib. Məlumata görə, yanğının miqyası böyükdür. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin bir neçə briqadası hadisə yerinə gəlib. Yanğın davam edir.

Məlumatı Nizami rayon Polis İdarəsindən də təsdiq ediblər. ANSPRESS

Şərhlər