Hadisə

74 yaşlı kişi kimyəvi məhlul içərək intihar edib

Hadisə Quba rayonunda baş verib

· Xəbərçi
74 yaşlı kişi kimyəvi məhlul içərək intihar edib
Dünən Quba rayonu ərazisində intihar hadisəsi qeydə alınıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Nərimanabad kənd sakini 1936-cı il təvəllüdlü Bayram Teyyub oğlu Qafarov 12:00 radələrində Quba rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə zəhərlənmə diaqnozu ilə gətirilib. Qeyri-rəsmi məlumatlara görə, o, kimyəvi məhlul qəbul edib.

Həkimlərin səyinə baxmayaraq 74 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə barədə hüquq - mühafizə orqanlarına məlumat verilib. Quba Rayon Prokurorluğunun müstəntiqi Ramil Qurbanovun məlumatına görə, meyit daxili ekspertiza olunub. Məhz ekspertizanın rəyindən sonra hadisənin nədən baş verdiyi məlum olacaq.ANSPRESS

Şərhlər