7000 litrdən çox sərinləşdirici içki məhv edildi
06 İyun 2011 Bazar Ertəsi 02:09
Müvafiq reseptura və uyğunluq sertifikatı olmadan istehsal edilmiş içkilərin məhv edilməsi barədə istehsalçılar xəbərdar edilmişdi
Yeddi min litrdən artıq keyfiyyətsiz sərinləşdirici içki məhv edilib. İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti müvafiq reseptura və uyğunluq sertifikatı olmadan istehsal edilmiş sərinləşdirici içkilərin məhv edilməsi barədə bu məhsulların istehsalçıları Məhərrəm Nəsibova, Mahal Yusifova və İzayət İsmayılova icrası məcburi göstəriş vermişdi.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, qeyd olunan göstərişin icrası ilə əlaqədar, 7 min 152 litr sərinləşdirici içki Dövlət Xidməti əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Haqsız rəqabətə yol verdiyinə görə, Dövlət Xidməti tərəfindən Məhərrəm Nəsibov, Mahal Yusifov və İzayət İsmayılov barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılmışdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar