Hadisə

70 yaşlı qadın qətlə yetirilib

Azərbaycanın Şirvan şəhərində 70 yaşlı qadın amansızlıqla qətlə yetirilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Şirvan şəhər Prokurorluğundan məlumat verilib.

· Xəbərçi
70 yaşlı qadın qətlə yetirilib
Şirvan sakini, Nizami küçəsi 5 a ünvanında yaşayan, 1939-cu il təvəllüdlü Cabbarova Böyükxanım Məmməd qızının meyiti yaşadığı evin hamamında səhər saatlarında həyat yoldaşı tərəfindən tapılıb. Qətl hadisəsinin gecə saatlarında baş verdiyi güman edilir. Şirvan şəhər Məhkəmə Tibb Ekspertizası və Patoloji anatomiya şöbəsinin müdiri Eldar Məmmədovun bildirdiyinə görə, meyitin üzərində 25 bıçaq yarası aşkar edilib. Qadının boynu kəsilib, döş qəfəsində, arxa kürək nahiyəsində və bədənin digər hissələrində çoxsaylı bıçaq zərbələri olub.
Hələlik qətlin kimin tərəfindən törədildiyi müəyyənləşdirilməyib. Bununla əlaqədar əməliyyat-axtarış tədbirləri aparılır. Faktla bağlı Şirvan şəhər Prokurorluğunda cinayət işi açılıb, təhqiqat gedir.
 
APA

Şərhlər