7 saata 3 piyada vuruldu
03 İyun 2011 Cümə 14:25
Piyadalardan ikisi ölüb, birinin vəziyyəti isə orta ağırdır
Ötən gün 3 piyadanı avtomobil vurub. İlk hadisə Qəbələ şəhəri ərazisində qeydə alınıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ötən gün saat 19.00 radələrində Oğuz rayon sakini Əkbər Şərifov "VAZ-21063" markalı avtomaşını idarə edərkən şəhər sakini Fəxrəddin Bayramovu vurub. Nəticədə F.Bayramov aldığı xəsarətdən hadisə yerində ölüb.

Saat 22.30 radələrində Şəmkir rayonunun Seyfəli kəndi ərazisində, müəyyən edilməmiş avtomaşınla kənd sakini Vüsal İsayev vurulub. Xəsarət almış V.İsayev xəstəxanaya yerləşdirilsə də, vəziyəti orta-ağır kimi qiymətləndirilir.

Daha bir hadisə isə bu gecə Binəqədi rayonunun Mehdiabad qəsəbəsi ərazisində qeydə alınıb. Gecə saat 01.10 radələrində müəyyən edilməmiş avtomaşınla Goranboy rayon sakini Xalid Bayramov vurulub. Nəticədə X.Bayramov aldığı xəsarətdən hadisə yerində ölüb.




DOSTLARINLA PAYLAŞ:

oyunlar